Şəhid anasından Prezident İlham Əliyeva təsirli sözlər

Şəhid anasından Prezident İlham Əliyeva təsirli sözlər

Oğlum məni Sizə əmanət edib. Mən Azərbaycanın bütün şəhid anaları adından Sizə “Qarabağın qəhrəman oğlu” deyirəm.

AzerTimes xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü zamanı şəhid anası deyib.

“Mən Ağdərənin Çapar kəndindənəm. Mən bir şəhidin anasıyam, bir şəhidin də bacısıyam. Bu gün mənim yanımda ikinci bir oğlum yoxdur. Azərbaycanın qeyrətli oğlanları mənim oğlumdur. Oğlum məni Sizə əmanət edib. Mən Azərbaycanın bütün şəhid anaları adından Sizə “Qarabağın qəhrəman oğlu” deyirəm”, – qadın sakin bildirib.

Teqlər: