Xəbər - Samir Əli – Trend:
“Azəriqaz” İstehsalat Birliyinə sosial şəbəkə üzərindən daxil olan müraciətlər sırasında şəhid və qazi ailələrinin müraciətləri təmin edilib.
Qurumdan AzerTimes-a verilən məlumata görə, 1-ci Qarabağ müharibəsi veteranı, 2-ci qrup Qarabağ əlili Bəxtiyar Nəsibov “Azəriqaz” İB-yə müraciət edərək Şəmkir rayonunun Keçili kəndində yaşadığı fərdi yaşayış evində təbii qazın olmadığını bildirib. Qısa bir müddətdə qazinin müraciəti təmin edilib, fərdi yaşayış evinə diametri 32 mm, uzunluğu 180 metr olan qaz xətti çəkilib.
Şəmkir rayonundan olan şəhid Zaur Abbasovun atası Hacı Abbasov da Birliyə müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Dərhal rəhbərliyin tapşırığı ilə fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.