Şəhid ailəsi üzvü olan 16 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb

Şəhid ailələrinin üzvləri üçün 10-14 may tarixlərində keçirilən
müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya
seçimi mərhələsinin nəticələri elan olunub.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən
Trend
-ə verilən məlumata görə, namizədlər şəxsi səhifələrinə
daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola
bilərlər.

Elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü müəllim
iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur
qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata
keçiriləcək.

Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan
sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq.
Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin
şəxsi səhifəsinə göndəriləcək.

Teqlər: