Şəhid ailəsi üzvləri və qazilər “Məşğulluq marafonu”na necə müraciət edə bilər?

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na müraciət üçün qeydiyyat forması hazırlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, marafondan faydalanaraq işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

Qeyd edək ki, artıq marafona qoşulan işəgötürənlərin sayı 200-ə, onlar tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı 900-ə yaxındır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər də bu məqsədlə vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

Teqlər: