Müdafiə Nazirliyinin mütəxəssis-psixoloqları, yerli icra hakimiyyəti nümayəndələri və “Əsgərə xatirə kitabı” layihəsinin rəhbərliyinin Vətən müharibəsi zamanı şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların, yaralanmış qazilərin ailə üzvlərinin ziyarət olunması davam edir.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ziyarətlər zamanı ailələrin sosial problemləri öyrənilir və onlara psixoloji dəstək fəaliyyəti həyata keçirilir.
Müdafiə Nazirliyinin zabitləri və dövlət qulluqçuları Şamaxı, İsmayıllı, Ağdaş və Şəki yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, həmçinin “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəliyeva psixoloji yardıma və reabilitasiyaya ehtiyacı olan şəxsləri müəyyən edərək bu problemlərin həlli istiqamətində onlara ünvanlı maddi yardım edib və psixoloji dəstək tədbirləri həyata keçirib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.