Şəhid ailələrinin kredit borcuna nə qədər pul xərclənib?

Şəhid ailələrinin kredit borcuna nə qədər pul xərclənib?

Şəhid ailə üzvləri və müharibə əlillərinin istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə indiyədək 6 772 442.30 manat vəsait xərclənib.

AzerTimes xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 2 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətlər üzrə şəhid ailə üzvlərinin 896, itkin ailə üzvlərinin 3 və yaralıların 1 299 müraciəti olmaqla ümumilikdə 2 198 müraciət təmin edilib:

“Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 manat borc ləğv edilib”.

Teqlər: