Şəhid ailələrinə dəstək tədbirləri davam edir (FOTO)

Vətən müharibəsi zamanı şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də qazilərin ailə üzvlərinin Müdafiə Nazirliyi mütəxəssis-psixoloqları və yerli icra hakimiyyəti nümayəndələri tərəfindən ziyarəti davam edir.

Trend xəbər verir ki, Müdafiə Nazirliyi, həmçinin Salyan, Neftçala, Cəlilabad, Ağcabədi, Tərtər, Hacıqabul rayonları və Mingəçevir şəhər icra hakimiyyəti nümayəndələri ailələrin sosial problemlərini öyrənib, psixoloji yardıma və reabilitasiyaya ehtiyacı olan şəxslər müəyyənləşdirilərək onlara sosial-psixoloji dəstək göstərilib.

Bu qəbildən olan vətəndaşların problemləri daim diqqət mərkəzində saxlanılır və onlara dəstək tədbirləri davam etdirilir.

Teqlər: