Xəbər - Fərid Zöhrabov – Trend:
Postmüharibə dövründə 35 mindən artıq vətəndaşa, yəni müharibədə yaralananlara, şəhid ailələri və müharibə iştirakçılarına 43 mindən artıq sosial xidmət göstərilib.
AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, onlardan yalnız 15 mindən artığı sosial ödənişlərlə bağlı olub: “Növbəti il həyata keçiriləcək artımlar bu kontingenti də əhatə edəcək”, – nazir müavini deyib.