Şəhid ailələri və müharibə əlillərinin sosial ödənişləri artırılır? – AÇIQLAMA

“Vətən Müharibəsindən sonra 1540 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Onlardan 860-ı şəhid ailəsi üzvləridir”.

Yenicag.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq özünüməşğulluq proqramı icra edilir:

“Özünüməşğulluq proqramı aktiv məşğulluq tədbiri kimi ən ideal bir proqramdır. Ehtiyacı olan ailələrin məşğulluğunun təmin edilməsində, məhz özünüməşğulluq proqramının imkanlarından istifadə edirik”.

O qeyd edib ki, 2021-ci ildə nazirliyin hədəfləri çoxdur:

“Hazırda Milli Məclisdə bir neçə qanun layihəsi üzərində son tamamlanma işləri gedir. Burada əsas hədəf şəhid ailələrinin, müharibə əlillərinin sosial ödənişlərinin artırılması, onların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır”.

www.yenicag.az

Teqlər: