Şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsi həll edilməlidir.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qənirə Paşayeva deyib.
O qeyd edib ki, şəhid və qazi ailələri rayonlarda işlə təmin olunmur:
“Bu məsələ niyə həllini tapmır? Bu, ciddi araşdırılmalıdır. Eyni zamanda müharibə iştirakçılarının müalicəsi ilə bağlı ciddi addımlar atılmalıdır.
Şəhid ailələrinin ev məsələsi də bu gün ən aktual məsələ kimi gündəmdədir”.