Səhhətinə görə Saakaşvilinin özü günahkardır – Breqadze

Səhhətinə görə Saakaşvilinin özü günahkardır – Breqadze

Səhhətinin pisləşməsinə görə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin özü günahkardır.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

“Əgər şəxs bilərəkdən müalicə kursuna əməl etmirsə, o zaman məsuliyyət dövlətin üzərindən götürülür. Biz elə bir qanun dövlətində yaşayırıq ki, sübut yükü başqasını ittiham edənin üzərinə düşür. Mən tam məsuliyyətlə bəyan edirəm ki, biz bu şəxsə qarşı işgəncə və ya qeyri-insani rəftar barədə heç bir sübut aşkar etməmişik”, – Breqadze bildirib.

R.Breqadze qeyd edib ki, Gürcüstan müxalifəti həbsdə olan keçmiş prezident Mixail Saakaşvili ilə bağlı məsələni siyasiləşdirməyi dayandırmalı, siyasətçinin özü isə onun müalicə olunduğu klinikanın həkimlərinin tövsiyələrinə əməl etməlidir.

Teqlər: