Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiq
edib.

AzerTimes xəbər verir ki,
dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsində 81.2-ci maddədə “75.8-ci, 75.11-ci” sözləri
“75.9-75.11-ci” sözləri ilə əvəz edilir.

Aşağıdakı məzmunda 102.4-3-cü maddə əlavə edilir:

“102.4-3. Bu Məcəllənin 102.4-2-ci maddəsində göstərilən əsasla
icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin
istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar
müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən
sənəd əlavə edilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq
icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu
gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına
icazəni sifarişçiyə təqdim edir və ya sifarişli poçt göndərişi
vasitəsilə göndərir.”.

Teqlər: