Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Abşeron rayonu, Sumqayıt və Bakı şəhərləri arasında müntəzəm avtobus marşrutları istisna olmaqla, digər müntəzəm şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik təsdiq edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar verib.

Qeyd edək ki, əvvəl yuxarı hədd 3,0 qəpik idi.

Teqlər: