Şəhərdə təhlükəsizlik kameraları artırılsın – Deputat

Şəhərdə təhlükəsizlik kameraları artırılsın – Deputat

Fazil Mustafaya qarşı təşkil edilmiş terrorda iştirak etmiş cinayətkar dəstənin üzvləri ifşa edildi. Bu məsələdə hüquq-mühafizə orqanlarına təşəkkür edirəm. Amma şəhərdə təhlükəsizlik kameralarının sayının artırılmasını təklif edirəm.

AzerTimes xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, təhlükəsizlik kameraları insanları mümkün cinayətlərdən sığortalamış olur.

Teqlər: