Tehrandakı səfirliyimizə hücumdan öncə İran rejiminə bağlı və rejimin Azərbaycana qarşı təxribatlarını həyata keçirən “Hüseyniyyun” terror qruplaşması “Hüseynçilər 1979” kanalında hücumla bağlı şifrəli mesajlar verib:
– 4 gün öncə “Böyük Cihada hazır olun” adlı sujet yayımlanıb: sujetdə Azərbaycanda şəriət rejiminin qurulmasının vaxtının çatmasından bəhs edilir və qeyd olunur ki, “Əliyev rejimi” heç vaxt hesablamadığı yerdən zərbə yeyəcək;
– Eyni mesaj qruplaşmanın “Huseyniyyun” və “Virtual muqavimət” adlı teleqram kanallarında da yayılıb;
– Hücumdan təxminən 10 saat öncə eyni şəbəkə “Hüseyniyyun himni” adlı musiqini paylaşıb;
Təsadüfə bənzəmir, xüsusilə Azərbaycana “hesablamadığınız yerdən zərbə endiriləcək” mesajı fonunda…