Xəbər verdiyimiz kimi, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə dini radikalların hücumu baş verib. Radikallar səfirlik binasına daxil olub, bayrağımıza qarşı qeyri-əxlaqi hərəkət edib. Yalnız polisin müdaxiləsindən sonar onları səfirliyimizin binasından çıxarmaq mümkün olub.
AzerTimes xəbər verir ki, Musavat.com səfirliyimizə hücum edən radikalların kimliyini üzə çıxarıb. Bəlli olub ki, onlar “Mehdi qulluqçular birliyi” (The Mahdi Servants Union”) adlı radikal dini qruplaşmasının üzvləridir.
Qrupun lideri Yasir əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali rəhbəri Əli Xameneinin dini etimadnaməsini şübhə altına alır.
Qrup sünni əleyhinədir, öz peyk kanalı vasitəsilə bu cür təbliğat aparır və həmçinin xəlifə Ömərə və Peyğəmbərin xanımı Aişəni təhqir edənlərə dəstək verir.
Qeyd edək ki, social şəbəkələrdə əslində həmin qruplaşmanın dolayısı ilə İrana bağlı olduğu haqda iddialar da səsləndirilir.