Xəbər verdiyimiz kimi, Londonda radikal dini dəstə Azərbaycan səfirliyinə təxribat xarakterli hücum təşkil edib.
Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb, radikal şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
AzerTimes xəbər verir ki, sosial şəbəkələrdə qruplaşma üzvlərinin polis tərəfindən saxlanılmasını əks etdirən görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik: