Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı təqsirləndirilən şəxsin hökmü yaxın günlərdə veriləcək.
AzerTimes xəbər verir ki, bu barədə İranın İnsan Hüquqları üzrə Ali Şurasının katibi Kazım Qəribabadi məlumat verib.
Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.