Səfirliyimiz Odessada bu xidmətin göstərilməsini təxirə saldı

Səfirliyimiz Odessada bu xidmətin göstərilməsini təxirə saldı

Azərbaycanın Ukraynadakı səfirliyi sentyabrın 9-na nəzərdə tutulan səyyar konsulluq xidmətinin həyata keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, diplomatik nümayəndəlikdən buna səbəb kimi Ukraynada davam edən hərbi vəziyyətdən irəli gələn təhlükəsizlik risklərin artması olduğu bildirilib.

Qeyd edək ki, səfirliyin konsulluq şöbəsi sentyabrın 9-da Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsini planlaşdırırdı.

Teqlər: