Səfirliyə hücum edən şəxsin – Fotosu

Səfirliyə hücum edən şəxsin – Fotosu

Bu gün saat 08:30 radələrində Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən şəxsin fotosu yayılıb.

AzerTimes xəbər verir ki, Yasin Hüseynzadə adlı terrorçunun 50 yaşında olduğu bildirilir.

Sözügedən şəxs artıq saxlanılıb.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir

Teqlər: