Səfirliklərin açılması əlaqələri daha da inkişaf etdirəcək – Bisera Turkoviç

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycan və Bosniya və Herseqovinada qarşılıqlı səfirliklərin açılması barədə qərar ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirəcək.

AzerTimes-ın məlumatına görə, bunu Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, turist səyahətlərinin artırılması da əlaqələri möhkəmləndirə bilər.

“İqtisadi əlaqələrin vəziyyəti bizi qane etmir. Fiziki məsafələr bu əlaqələrin genişlənməsinə mane olmamalıdır”, – nazir deyib.

Teqlər: