Səfirlik Ukraynadan təxliyə olunan və Gürcüstandan Azərbaycana qayıtmaq istəyənlərə müraciət edib

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi və Batumi
şəhərindəki Baş Konsulluğunun Ukraynadan təxliyə olunan və
Gürcüstan ərazisindən Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımıza
müraciət edib.

AzerTimes-ın məlumatına görə,
müraciətdə qeyd edilir ki, Ukraynadan təxliyə olunan, Gürcüstan
ərazisindən hava və quru yolları ilə keçməklə Azərbaycana səfər
edən vətəndaşlarımızın bu barədə Azərbaycan Respublikasının
Gürcüstandakı Səfirliyini və Batumi şəhərindəki Baş Konsulluğunu
məlumatlandırması xahiş edilir:

“Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, həftə ərzində hər
gün Varşava-Tbilisi, həmçinin həftənin 2,3 və 6-cı günlər
Varşava-Kutaisi, eləcə də həftənin 4 və 6-cı günləri Qdansk-Kutaisi
istiqamətlərində Polşadan Gürcüstana birbaşa aviareyslər həyata
keçirilir.

Xüsusilə qeyd etmək istərdik ki, vətəndaşlarımız və onların ailə
üzvlərinin səfərləri barədə Səfirliyə və ya Baş konsulluğa mütləq
şəkildə qabaqlayıcı məlumat verəcəkləri təqdirdə, aşağıda qeyd
olunan dəstəyin göstərilməsi nəzərdə tutulur:

1. Səfirlik və Baş Konsulluq tərəfindən vətəndaşlarımızın hava
limanlarından qarşılanıb, Gürcüstanla Azərbaycan arasındakı “Sınıq
Körpü” sərhəd-keçid məntəqəsinə aparılması;
2. Səfirlik və Baş Konsulluq tərəfindən vətəndaşlarımızın
Gürcüstan-Türkiyə “Sarpi” sərhəd keçid məntəqəsindən qarşılanıb,
Gürcüstanla Azərbaycan arasındakı “Sınıq Körpü” sərhəd-keçid
məntəqəsinə aparılması”.

Vətəndaşlarımız aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya
bilərlər.

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi (Tbilisi
şəhəri):

İş nömrəsi:
+995 32 224 30 04
WhatsApp nömrələri:
+995 511 14 00 01
+995 577 35 29 99
Mobil Qaynar xətt nömrəsi:
+995 577 00 00 38
Elektron poçt ünvanı:
[email protected]

Azərbaycan Respublikasının Gürcüstandakı Baş Konsulluğu (Batumi
şəhəri):

Telefon nömrəsi:
+995 42 227 16 44
WhatsApp nömrəsi:
+995 555 47 55 33
Elektron poçt: [email protected]

Teqlər: