Xəbər - Fərid Zöhrabov – Trend:
Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının
vətəndaşlarından Polşanın Ukrayna ilə sərhəd-keçid məntəqəsini
keçdikdən sonra Polşa tərəfindən təklif edilən istiqamət üzrə
hərəkət edən təxliyə avtobuslarına minmələrə xahiş olunur.
Avtobuslar müxtəlif şəhərlərdə yerləşən qəbul məntəqələrinə hərəkət
edir.
Bununla əlaqədar Azərbaycanın Polşadakı Səfirliyindən AzerTimes-a
bildirilib ki, vətəndaşlarımız həmin qəbul məntəqələrində
yerləşdirildikdən dərhal sonra Azərbaycan Respublikasının Polşadakı
Səfirliyinin 0048576900183 saylı qaynar xəttinə bağlı whatsapp
nömrəsinə yaxud [email protected] elektron poçt
ünvanına aşağıdakı məlumatı göndərməlidirlər:
1) Pasportun (olmadığı təqdirdə şəxsiyyətini təsdiq edən
istənilən sənədin) surəti (fotoşəkli); 2) Hazırda yerləşdirildiyi
ünvan;
3) Telefon nömrəsi (və olduğu təqdirdə whatsapp nömrəsi);
4) Azərbaycanda yaxın qohumunun ünvanı və telefon nömrəsi
Həmin məlumatlar əsasında vətəndaşlarımız siyahıya alınacaq və
onlar üçün Polşadan Azərbaycana təxliyə uçuşları təşkil olunacaq.
Təhlükəsizlik şərtlərini nəzərə alaraq, təxliyə təyyarəsinə yalnız
adları Səfirliyin siyahısında olan şəxslər buraxılır. Təxliyə
zamanı ilk növbədə qadınlara, uşaqlı valideynlərə, yaşlılara və
tələbələrə üstünlük verilir. Digər kateqoriyadan olan vətəndaşlar
növbəyə alınır.