Səfirlər Navalnı üçün Hüseyn Cavidi ziyarət etdi – Foto

Səfirlər Navalnı üçün Hüseyn Cavidi ziyarət etdi – Foto

ABŞ-ın və Böyük Britaniyanın ölkəmizdəki səfirləri Hüseyn Cavidin heykəli önündə həbsxanada ölən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının xatirəsini yad ediblər.

AzerTimes xəbər verir ki, bununla bağlı səfir Mark Libbi adından ABŞ səfirliyinin sosial media səhifələrində və Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auldun X səhifəsində paylaşım edilib.

“Aleksey Navalnının həyat yoldaşı və ailəsinə dərin hüznlə başsağlığı verirəm. Hər yerdə azadlıqsevər insanlar onun şücaətini heç vaxt unutmayacaqlar”, – səfir Libbi bildirib.

Böyük Britaniya səfiri Ferqus Auld isə qeyd edib:

“Bu gün ABŞ səfiri Mark Libbi ilə birlikdə həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum”.

Teqlər: