Ukraynanın İranla diplomatik səviyyəni aşağı salması ilə bağlı qərarına təəssüflənirik.
AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kanaani Kiyevin İran səfiri Mənuçöhr Muradinin akkreditasiyasını ləğv etməsi qərarına münasibət bildirərkən deyib.
“Sözügedən qərar xarici KİV-lərin təsdiqlənməmiş məlumatlarına əsaslanaraq qəbul edilib. İran Ukrayna ilə Rusiya arasındakı müharibədə bitərəflik siyasətini izləyir. İki ölkə arasında mübahisələr zorakılıq olmadan və siyasi dialoq yolu ilə həll edilməlidir. Döyüşlərlə ilə bağlı İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian hər iki ölkədəki həmkarları ilə dəfələrlə əlaqə saxlayıb. Ukraynanın qəbul etdiyi qərara cavab olaraq İran tərəfindən də müvafiq tədbirlər görüləcək. Ukrayna hökuməti Tehran-Kiyev münasibətlərini pozmağa çalışan üçüncü tərəflərin təsirindən çəkinməlidir”, – nazirlik rəsmisi bildirib.