Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Şarl Hebdo” jurnalında dərc olunan və Azərbaycanın guya Ermənistan üçün təhlükə yaratdığını iddia edən məqaləyə münasibət bildirib.
AzerTimes xəbər verir ki, səfir bu barədə Tvitterdə paylaşım edib.
“Şarl Hebdo qəzeti, dinləyin. Azərbaycan ərazilərinin 20%-nin 30 il ərzində işğalı zamanı Ermənistanın yaratdığı təhlükəni unutmusunuz. İndi Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi halda siz hansı təhlükədən danışırsınız?” – deyə səfir bildirib.