Mən fərq qoymadan raket hücumlarını və dinc əhaliyə qarşı terror hücumlarını pisləyirəm.
AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov X hesabında yazıb.
“Ailəm və mən minlərlə İsrail vətəndaşı kimi saatlarla sığınacaqda qalmalıyıq. Mən fərq qoymadan raket hücumlarını və dinc əhaliyə qarşı terror hücumlarını pisləyirəm.
Terrorçular tərəfindən qaçırılaraq vəhşicəsinə, pis rəftar edilən qadın və uşaqlar da daxil olmaqla, çoxsaylı mülki şəxslərin oğurlanması məni dəhşətə gətirir.
Bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var”, – səfir paylaşımında qeyd edib.