Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə NATO Baş katibinin qadınlar, sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi İren Fellin ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə C.Hüseynzadə Tviterdə yazıb.
“Görüşdə NATO ilə Azərbaycan arasında tərəfdaşlığı, WPS (Qadınlar, Sülh və Təhlükəsizlik) mövzusu ilə bağlı gündəmdə olan məsələləri, həmçinin bu ilin payızında Bakıda keçiriləcək yüksək səviyyəli konfransı müzakirə etdik”, – paylaşımda qeyd edilib.