Azərbaycanın Almaniyadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olub.
AzerTimes xəbər verir ki, bununla bağlı Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev X hesabında tədbirdən görüntülər paylaşıb.
Şənlikdə müğənni Rəşad İlyasovun ifa etdiyi “Yaşa Azərbaycan” mahnısına səfir də qoşulub.
Müğənni ilə Nəsimi Ağayevin mahnını birlikdə ifa etdiyi görüntülər maraqla qarşılanıb.