Səfirimiz İraqın XİN başçısı ilə görüşdü – Foto

Səfirimiz İraqın XİN başçısı ilə görüşdü – Foto

Azərbaycanın İraqa yeni təyin olunan səfiri Nəsir Məmmədov etimadnaməsinin surətini İraq Baş nazirinin müavini – xarici işlər naziri Fuad Hüseynə təqdim edib.

AzerTimes xəbər verir ki, təqdimatdan sonra aparılan söhbət zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı, iqtisadi-ticari, siyasi və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Teqlər: