Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur.
AzerTimes xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould Tvitterdə yazıb
O bildirib ki, Azərbaycan qazını Avropaya daşıyan Yunanıstan Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsindən məmnun oldum:
“Bu, Şərqi Avropanın enerji xəritəsində yeni başlanğıcdır! Bizim yaxın enerji tərəfdaşımız olan Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur”.