Səfir Polad Bülbüloğlu deputat ola bilərmi? – Qanun

Səfir Polad Bülbüloğlu deputat ola bilərmi? – Qanun

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürdüyü təsdiqlənib. Bu isə ictimai müzakirə yaradıb. Belə ki, bir səfirin parlament seçkilərinə qatılmasının mümkün olub-olmaması sualı aktuallaşıb.

Mövzu ilə bağlı AzerTimes-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, Polad Bülbüloğlunun namizədliyini irəli sürməsində hüquqazidd heç nə yoxdur.

“Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 53.3 maddəsinə görə, namizəd müvafiq bildirişlə birlikdə seçkili dövlət və ya bələdiyyə orqanında vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizə göndərir. Bu maddəyə görə Polad Bülbüloğlunun deputatlığa namizəd olma hüququ var”, – o bildirib.

Professor qeyd edib ki, P.Bülbüloğlu seçiləcəyi təqdirdə səfir vəzifəsindən istefa verməli olacaq.

Teqlər: