Şəfiqə Məmmədovaya yeni vəzifə verildi

Şəfiqə Məmmədovaya yeni vəzifə verildi

Sentyabrın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib.

AzerTimes Qaynarinfo.az-a istinadla xəbər verir ki, iclasda milli kinonun hazırkı problemləri müzakirə olunub və bəyanat qəbul edilib.

Bundan əlavə, iclasda AKİ-yə yeni üzvlər də qəbul ediliblər. Həmçinin, Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin 6.12-ci bəndinə əsasən, AKİ-nin katiblərini təyin edib. Qərarla Şəfiqə Məmmədova birinci katib, rejissor Əli İsa Cabbarov icraçı katib təyin olunub.

Həmçinin, digər katiblər:

Rzayev Anar Rəsul oğlu

Bədəlov Nadir Xadmətulla oğlu

Əli Akif Əli oğlu

Əliyev Tahir Cabbar oğlu

Hüseynova Türkan Siyasət qızı

Mustafayev Vaqif Behbud oğlu

Mənsimov Baba Vəzir oğlu

Mirzəyev Ramiz Həsənağa oğlu

Ömərova Həmidə Məmməd qızı

Səfərəliyev Oleq Mirzəağa oğlu

Səlimli Mirbala Seyidəsgər oğlu

Şıxlinski Ziya Ənvər oğlu seçiliblər.

Teqlər: