Səfəvi və Osmanlıda Qurban bayramı belə keçirilirdi

Səfəvi və Osmanlıda Qurban bayramı belə keçirilirdi

Səfəvilər və Osmanlı sarayında Qurban bayramı xüsusi keçirilirdi.

Şah və Sultan sarayında belə adət var idi: dövlət xəzinəsindən ödənilməklə imkansız və kasıb ailələr üçün saray önündə 3 gün ardıcıl olaraq qurbanlar kəsilirdi. Şah öz sarayında, Sultan da öz sarayında pəncərə qarşısında oturar, Qurban kəsənlərə nəzarət edirdilər ki, ət bölgüsü hamı üçün eyni olsun. Əgər ət bölgüsü zamanı saray işçiləri birinə az pay qoyardısa, ona ağır cəza verilirdi.

Çox maraqlı idi ki, saraylarda kəsilən qurbanların əti cəza evlərində məhkum olanlara da göndərilirdi. Cəza evlərinin rəhbərlərinə tapşırılırdı ki, qurban ətindən üç gün ardıcıl olaraq məhkumlara yemək bişirilsin.

Qurban əti sarayda çalışan bütün işçilərə də verilirdi. Şah və Sultanın əmrinə əsasən sarayda xidmət edən hər kəs qurban ətindən pay alırdı.

Şah və Sultanın tapşırığına əsasən sarayda yüksək vəzifə tutan şəxslər və imkanlı ailələr üç gün ardıcıl qurban kəsməli və imkansız ailələrə verməli idi.

Qurban bayramı günlərində Şah və Sultanın xidmətçiləri küçələrdə elan edirdilər ki, bayramı xüsusi şənliklərlə qeyd edmək lazımdır.

Şah və Sultanın əmrləri ilə dilənçilər saraya gəlib burda qurban ətlərindən bişirilən yeməklərdən yeyə bilirdilər.

Bayram namazları məscidlərdə qılınandan sonra saraylarda xüsusi bayram süfrələri açılırdı. Hər kəs vəzifəsindən asılı olmayaq, süfrədə əyləşib bişirilən yeməklərdən dadırdılar.

Bu gözəl bayramın islam dünyasında, türk dünyasında xüsusi qeyd edilməsinin səbəbi insanın qurban deyil, heyvanın qurban edilməsi əmrinin Tanrıdan gəlməsi idi…

Teqlər: