Səfəvi memarlıq abidələri məhv ola bilər

Səfəvi memarlıq abidələri məhv ola bilər

Səfəvilər dövrünün ən məşhur memarlıq nümunələrindən olan İsfahan şəhərinin Nəqşi Cahan meydanı və onun ətrafında olan tarixi abidələr məhv ola bilər.

AzerTimes xəbər verir ki, bunu İranın Yol və Şəhərsalma Nazirliyinin rəsmisi Əli Beytullahi deyib.

“Bir neçə ildir Nəqşi Cahan meydanında ildə 5 sm torpaq çökməsi nəticəsində çatlar əmələ gəlib. Bu əsərlər gildən hazırlandığı üçün ən kiçik bir hərəkətlə dağıla bilər”, – o, xəbərdarlıq edib.

Teqlər: