Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var

Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var

Azərbaycanda vətəndaş cəmiyyəti yeni mərhələyə başlayır və QHT-dövlət münasibətləri sahəsində bir sıra müsbət nümunələr formalaşdırılıb.

AzerTimes xəbər verir ki, bu sözləri “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun Varşavada keçirilən ənənəvi toplantısında zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda QHT-Dövlət münasibətləri son illər yüksəliş dövrünü yaşayır:

“Son iki ildə sahəyə məsul rəsmilər bu istiqamətdə müəyyən addımlar atır. İndiyədək Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT nümayəndələri ilə bir neçə görüşü olub və bu görüşlərdən sonra bu qənaətə gəlmək olur ki, dövlət QHT sektorunu düşdüyü vəziyyətdən çıxarmağın yollarının axtarılmasında maraqlıdır. Bu sahədə atılan addımlar arasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması, onun Müşahidə Şurasında müstəqil imicli təşkilatların təmsilçiliyinə şərait yaradılması da var.

Rəsmi səviyyədə qeyri-hökumət təşkilatları ilə geniş onlayn müzakirələr göstərir ki, hökumət artıq QHT-ləri tərəfdaş kimi görür, dialoqda maraqlıdır. Gözləyirik ki, bu dialoq davamlı olsun və indiyədək olan nəticəsiz danışıqlar kimi qalmasın.

Günel Səfərova deyib ki, QHT-lər təkliflə çıxış edib və dövlət qurumlarına təqdim edib:

“Qeyd edim ki, həm Agentlik, həm də vətəndaş cəmiyyəti qurumları 2014-cü ildə və sonrakı müddətdə QHT qanunvericiliyinə edilmiş dəyişikliklərin aradan qaldırılması üçün konkret təkliflər hazırlayaraq hökumətə təqdim edib. O təkliflər vətəndaş cəmiyyəti ilə bağlı indiyədək mövcud olan narahatlıqların aradan qaldırılmasına yönəlib. Bu narahatlıqlar ilk növbədə QHT-lərin qeydiyyatı sahəsində mövcud olan problemlərlə bağlıdır. Qeyri-hökumət təşkilatlarının (QHT) reyestri, qrant müqavilələrinin qeydə alınması, QHT-lərin bank əməliyyatları ilə bağlı bir sıra prosedurlar elektronlaşdırılır.

Güman edirik ki, Milli Məclisin payız sessiyasında qanunvericiliyə ilkin dəyişikliklər ediləcək və sonrakı mərhələdə addım-addım irəliyə gediləcək.

Təşkilat sədri ATƏT-in toplantısında Vətən müharibəsi haqda da danışıb:

“İkinci Qarabağ savaşında, 44 günlük müharibədə Azərbaycanın qeyri-hökumət təşkilatları, tarixində ilk dəfə olaraq həmrəylik nümayiş etdirdi və bu həmrəylik mühiti bu gün də davam edir.

Əslində Pandemiya və müharibə vətəndaş cəmiyyətinin nə qədər zəruri təsisat oldugunu bir daha təsdiqlədi. QHT-lərin fəaliyyəti nəticəsində bəzi beynəlxalq təşkilatlar səfərbər edildi, real mənzərənin ortaya çıxarılmasına xidmət edən hesabatlar hazırlandı. Bəli qərəzli hesabatlar da oxuduq.

İkinci Qarabağ müharibəsi müddətində Azərbaycana gələn bəzi insan hüquqları müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar müharibə müddətində Azərbaycana gəldilər və sivillərin Ermənistan tərəfindən hədəfə alındığı faktını öz hesabatlarında da göstərmişlər.

Qeyd edim ki, 100 nəfər mülki əhali həyatını itirib. Belə bir sual yaranır bəs burda iştirak edən digər insan hüquq təşkilatları harda idilər?

Sonda bir təklifim var. Ermənistan 4 ölkə ilə qonşudur və onun 3-nə ərazi iddiası var. Gürcüstan (Cavakh), Azərbaycan Qarabağ, Türkiyədə Anadolu. Bu platforma və zaman Ermənistana sülh şəraitində yaşamağı öyrətməlidir.

Teqlər: