İlk oyundan sonra danışmaq hər zaman çətin olur.
AzerTimes xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Slovakiyanın “Dunayska Ştreda” komandasını 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, səfərdəki oyunun çətin keçəcəyini bildirib:
“Çox güclü azarkeş dəstəyi olan komandaya qarşı oynayacağıq. Rəqib sonadək döyüşən komandadır. Matçın taleyi Slovakiyada həll olunacaq. Çünki bu, futboldur. Meydanda gördük ki, onlar 60-cı dəqiqədən sonra bizə təhlükəli anlar yaşatdı”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 1-də keçiriləcək.