Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.
AzerTimes Report-a istinadən xəbər verir ki, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidməti “Report“un sorğusuna cavab olaraq fakt təsdiqləyib.
“Ətraflı məlumat veriləcək”, – qurumdan bildirilib.