Səfərbərlikdən sonra Rusiyanı tərk edənlərin sayı… – Peskov

Səfərbərlikdən sonra Rusiyanı tərk edənlərin sayı… – Peskov

Ukraynada müharibə başlayandan sonra Rusiyanı tərk edən rusların sayı şişirdilir.

AzerTimes xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Gedənlərə gəlincə, onların sayını şişirtməyə meylli deyiləm, çünki bəzi absurd rəqəmlər deyənlər var. Bilirəm ki, bu, belə deyil”, – Peskov bildirib.

Peskov qeyd edib ki, Rusiya qanunları pozmayan və düşmən yolunu tutmayan vətəndaşları öz vətənlərinə qaytarmalıdır.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, qismən səfərbərlik elan edildikdən sonra Rusiyanı 1 milyona qədər insan tərk edib.

Teqlər: