Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı

Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı

Qazaxıstan sərhədçiləri buraxılış məntəqəsindən kənarda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən üç Rusiya vətəndaşını saxlayıblar.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin saytında məlumat verilib.

Qeyd olunur ki, sərhəd pozucuları bu gün Sərhəd Xidmətinin Kostanay vilayəti üzrə departamentinin ərazisində saxlanılıblar.

Onlar bu addımı Rusiyada həyata keçirilən qismən səfərbərlikdən yayınmaq cəhdi kimi izah ediblər.

Teqlər: