Səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov həbs olunub.

AzerTimes Bizim.Media-ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə şübhəli bilinərək azadlıqdan məhrum edilib.

Anar Əsgərov təkrar rüşvət almaqda ittiham olunur.

Teqlər: