Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad olunan Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyev dünən saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Hurriyyet.az” mənbələrinə istinadla məlumat yayıb.
Bildirilib ki, Zeynal Tarquliyev DGK-nın nəzdindəki “Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavinidir.
İddialara görə, Zeynal Tarquluyev səlahiyyətlərindən istifadə edərək iş adamlarından qanunsuz olaraq milyonlarla pul toplayıb.