Səfər Mehdiyevin daha bir adamı işdən çıxarıldı

Səfər Mehdiyevin daha bir adamı işdən çıxarıldı

Gömrük xidməti polkovniki Əjdər Abdullayev Dövlət Gömrük Komitəsinin (DGK) Növbətçi Hissələri İdarəetməsi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Qeyd edək ki, Ə.Abdullayev DGK-nın sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə yaxınlığı ilə tanınıb.

Abdullayev Əjdər Alı oğlu 1998-ci ildən indiyədək Dövlət Gömrük Komitəsində inspektor, Növbətçi Hissənin rəisi işləyib.

Teqlər: