“Sədərək” və “Binə” vergidən yayınıb? – Video

“Sədərək” və “Binə” vergidən yayınıb? – Video

“Sədərək” və “Binə” ticarət mərkəzlərinin vergidən yayınmasına Dövlət Vergi Xidmətindən rəsmi münasibət bildirilib.

AzerTimes xəbər verir ki, DVX-nin nümayəndəsi Məmməd Quliyev Baku TV-yə açıqlamasında bildirib ki, mütəmadi olaraq sözügedən ticarət mərkəzlərində monitorinqlər aparılır, riskli vergi ödəyicilərinin qarşısını almaq üçün tədbirlər görülür.

“Bizim vergi orqanı olaraq cərimələmək niyyətimiz yoxdur. Biz ilk növbədə nəzarət-kassa aparatının quraşdırılması, uçotun aparılması, hesabatın təqdim olunması prosesinə əməl edilməsi ilə bağlı məlumatlandırma tədbirləri həyata keçiririk”, – deyə o əlavə edib.

M.Quliyev həmçinin qeyd edib ki, ticarət mərkəzləri ilə bağlı təkcə malın satılmasında deyil, idxalında da problemlər var.

Daha ətraflı aşağıdakı süjetdə:

-->

Teqlər: