Ötən gün “Sədərək” ticarət mərkəzində dayanacaqlara görə ödəniş tələb olunduğu halda “nə müştərilərdən, nə də sahibkarlardan pul alınır” deməsi ilə gündəmə gələn TM-in sözçüsü Kəmaləddin Qədimin Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla qohum olduğu bildirilir.
AzerTimes Globalinfo.az-a sitinadən xəbər verir ki, K.Qədim V.Talıbovun xalası oğludur.
Qeyd edək ki, “Sədərək”də sürücülərdən pul alındığı halda, Kəmaləddin Qədim Baku TV-yə açıqlama verərək xəbəri təkzib etmişdi.