Seçkinin ilkin nəticəsi – Makrona daha bir zərbə

Seçkinin ilkin nəticəsi – Makrona daha bir zərbə

Fransada növbədənkənar parlament seçkilərinin birinci turunda sağçı Milli Birlik Partiyası liderlik edir.

AzerTimes xəbər verir ki, bu barədə BFMTV-nin məlumatında bildirilir.

Beləliklə, ilkin nəticələrə görə, Milli Birlik 33%, solçu Yeni Xalq Cəbhəsi alyansı 28,5% səs toplayır. “Respublika naminə birlikdə” prezident koalisiyası 22% səs toplayıb.

“Elabe” sosioloji xidmətinin məlumatına görə, ikinci turdan sonra Milli Birlik Milli Assambleyada (Fransa parlamentinin aşağı palatası) 260-dan 310-a qədər, Yeni Xalq Cəbhəsi – 115-dən 145-ə qədər, Makronin koalisiyası isə 90-dan 120-yə qədər yer ala bilər.

Qeyd edək ki, Avropa Parlamentinə seçkiləri uduzduqdan sonra Makron növbədənkənar parlament seçkiləri elan etmişdi. Bu gün seçkilərin birinci turu keçirilib, ikinci tur 7 iyulda baş tutacaq.

Teqlər: