Gürcü Arzusu Partiyasından Marneuli bələdiyyə üzvü, 69 saylı seçki məntəqəsində bülletenləri seçki qutusuna atan şəxs saxlanılıb.
AzerTimes News24.az-aistinadən xəbər verir ki, bu barədə Gürcü Arzusu Partiyasının siyasi şurasının üzvü, parlamentin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib.
O vurğulayıb ki, hadisə ilə bağlı istintaq aparılır:
“Cəmi bir neçə hadisə qeydə alınıb və hər birinə cavab verilib. Bu arada, bir şeyi də demək lazımdır ki, səsvermənin təkrar keçirilməsinə dair ittihamlarla bağlı dünən ATƏT/ODİR-in rəhbərinə sual verildi və o, bir faktı göstərdi – Marneulidəki hadisəni. Həmin şəxs saxlanılıb və iş üzrə istintaq gedir.
İkinci fakt var idi, bu da maraqlıdır, həmin məsələ ilə bağlı qeyri-hökumət təşkilatlarından biri şikayət də yazıb və bu, Lelo Partiyasının nümayəndəsinə aiddir. Bilmirəm, nə qədər doğrudur, amma “Lelo”nun nümayəndəsi olub ki, bülletenləri qutuya atmağa çalışıb. Yəni əgər insident olubsa, hamısına cavab verilib. Şikayətlər verilib və onların hamısı araşdırılacaq”.
Xatırladaq ki, Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rövşən İsgəndərovun bir neçə bülleteni Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində seçki qutusuna atdığı anı əks etdirən video sosial şəbəkədə yayılmışdı.
Qeyd edək ki, Rövşən İsgəndərovun saxlanılması ilə bağlı DİN açıqlama verməyib.