Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 29 qurumdan ümumilikdə 267 beynəlxalq müşahidəçi qeydə alınıb.
AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 46 807 min yerli müşahidəçi qeydiyyatdan keçib:
“Bu müşahidəçilərdən 5715 nəfəri MSK-da, 41 092 nəfəri isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib”.