Bu gün Fransada parlament seçkilərinin ikinci turu keçirilir.
AzerTimes xəbər verir ki, seçici siyahısında 48,7 milyon seçicinin adı var. Seçki məntəqələri 08:00-da açılıb və 18:00-da, böyük şəhərlərdə isə 20:00-da bağlanacaq.
Ötən çağırış parlamentdə Makronun partiyası 577 deputat yerindən 350-nə malik idi. Hazırda “Birlikdə” prezident blokunun parlamentdə çoxluq əldə etməsi çətin görünür.
Makronçular üçün əsas rəqib sol partiyaların “Yeni ekoloji və sosial xalq birliyi” koalisiyasıdır. Koalisiyanın lideri prezident seçkilərində üçüncü yer tutan Jan-Lük Melanşondur.
İndiki turda 1148 namizəd iştirak edir (birinci turda 6293 namizəd vardı), onlardan 655-i kişi, 493-ü qadındır.
Birinci turda cəmi 5 deputat seçilib. Fransa qanunvericiliyinə görə, dairə üzrə bütün seçicilərin ən azı 25%-nin, seçkidə iştirak edənlərin isə 50%-dən çoxunun səsini alan şəxs deputat seçilir. Belə göstəricini göstərən 5 nəfərdən biri “Birlikdə”nin, 4-ü sol alyansın üzvüdür.
Hazırda yarış 572 yer uğrunda gedir.