26 ölkənin seçki qurumu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün dəvət olunub.
AzerTimes xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) namizədlərin qeydiyyatı prosesinə həsr olunan iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.
O qeyd edib ki, ölkədə beynəlxalq müşahidəçilərin dəvəti yalnız üç qurumla bağlıdır:
“Belə ki, bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi, Mərkəzi Seçki Komissiyasıdır. Biz müvafiq olaraq 26 ölkənin seçki qurumuna dəvət göndərmişik”, – deyə o, əlavə edib.